Menu

Bakıda dilənçilik edən saxta qazi saxlanılıb - Video

03.05.2022, 10:38
Bakıda dilənçilik edən saxta qazi saxlanılıb - Video

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Şərhlər

Camaat 2022-05-04 23:54:30

Bu gədə ağdaş qaraçılarındandır.Cəzalandırmaq lazımdır ...

Vətəndaş 2022-05-03 10:47:58

...Belə vicdansızlar əfsuslar olsun ki, hər zaman cəmiyyətimizdə olub və olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol