Menu

Finlər “Rosatom”la AES tikintisi barədə kontraktı ləğv edib

03.05.2022, 13:14
Finlər “Rosatom”la AES tikintisi barədə kontraktı ləğv edib

«Xanxikivi» AES tikintisinin (Finlandiya) sifarişçisi olan “Fennovoima” şirkəti «Rosatom»la kontraktı ləğv edib.

Bu barədə şirkətin informasiyasına istinadla RBK xəbər verib.

«RAOS (RAOS Project «Rosatom» korporasiyasına daxildir) layihəsi üzrə əməkdaşlıq təcili surətdə qüvvədən düşür - layihələndirmə və lisenziyalaşdırma, həm də «Xanxikivi-1» meydançasında işlər dayandırılır» - xəbərdə deyilir. Dəqiqləşdirilir ki, Ukraynadakı xüsusi hərbi əməliyyat layihə üçün riskləri dərinləşdirib, logistik zəncir isə pozulub.

«Xanxikivi-1» layihəsi gücü 1200 Mvt olacaq bir bloklu AES-in tikintisini nəzərdə tutur (RİA «Novosti»).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol