Menu

“Ermənistan müxalifəti hakimiyyətlə sövdələşməyə getməyəcək” - Vanetsyan

03.05.2022, 13:24
“Ermənistan müxalifəti hakimiyyətlə sövdələşməyə getməyəcək” - Vanetsyan

Ermənistan hakimiyyəti ilə heç bir danışıq aparılmır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının liderlərindən biri olan Artur Vanetsyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müxalifət öz mübarizəsini davam etdirir.

“Biz küçələrdə xalqla birlikdə qalmağa davam edirik, hakimiyyətlə hər hansı danışıqlar aparmırıq və heç bir sövdələşmə yoxdur”, - Vanetsyan əlavə edib.

O vurğulayıb ki, hazırda müxalifətin əsas məqsədi küçələrə maksimum sayda insanın çıxmasına nail olmaqdır.

“Hər şey vətəndaşlardan asılıdır: əgər küçələrə daha çox insan çıxsa, o zaman hakimiyyət dəyişikliyi bir-iki günün məsələsidir”, - Vanetsyan diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol