Menu

“Bu gün Mariupolda dinc əhali Türkiyənin sayəsində xilas edilir!” – “Ayıb olsun, cənab Piontkovski!...”

03.05.2022, 17:06
“Bu gün Mariupolda dinc əhali Türkiyənin sayəsində xilas edilir!” – “Ayıb olsun, cənab Piontkovski!...”

“Putin rejiminin hakimiyyətdə olduğu illərdə tutduğu əməllərdə Rusiya müxalifətinin nümayəndələrinin də böyük məsuliyyət payı var. Onlardan biri də Türkiyəyə nifrət edərək, onun Prezidentini təhqir edən Andrey Piontkovskidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Ramiz Yunus sosial şəbəkədəki hesabında yazıb.

R.Yunus daha sonra Andrey Piontkovskiyə suallar ünvanlayıb: “Cənab Piontkovski, diliniz çıxan kimi Türkiyə Prezidentini təhqir etməyə başlayırsız. Bu gün Mariupolda, “Azovstal” ərazisindən dinc əhali kimin sayəsində xilas edilir? Əvvəlcə bu təxribatçı erməni kanalında analoji tezisləri Ukraynanın keçmiş daxili işlər naziri Avakov səsləndirmişdi, indi də bunu siz edirsiniz. Görəsən, niyə erməni jurnalist sizi və Avakov kimiləri Türkiyəni ləkələməyə dəvət edir? Yoxsa Ukraynaya münasibətdə Türkiyə ilə Ermənistan arasında fərq görmürsünüz? Ekspertin nəyisə arzulamağa haqqı varmı? Ayıb olsun, cənab Piontkovski!”

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-05-04 11:16:31

Ramiz müəllim adi haldır, xaraba qalmış kremldə bayquşlar ulaşır. Dığalarla rus köpəklərinin "dostluğundan" ALLAH heç xeyir verməyib,bundan sonrada verməyəcək.

X 2022-05-03 18:52:33

Tesekkurler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol