Menu

Makronun inauqurasiyası mayın 7-də baş tutacaq

03.05.2022, 18:16
Makronun inauqurasiyası mayın 7-də baş tutacaq

Fransa Prezidenti Emmanuel Makronun andiçmə mərasiminin vaxtı məlum olub.

"Report" xəbər verir ki, bu barədə Fransanın bir sıra KİV-ləri məlumat yayıb.

Məlumata görə, inauqurasiya mayın 7-də baş tutacaq,

Mərasimin Yelisey sarayında keçiriləcəyi qeyd edilir.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Makron 58,55% səslə rəqibi Marin Le Peni (41,45%) qabaqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol