İsrail hökuməti Rusiya XİN başçısı Sergey Lavrovun təhqiredici bəyanatından sonra Ukraynaya humanitar və hərbi köməyin artırılmasını qərara alıb.
Bu barədə «Haaretz» qəzeti xəbər verib.
Nəşr qeyd edir ki, köməyin artırılması əhəmiyyətli addım olacaq, amma ölkə Ukraynaya hücum silahı tədarük etmək fikrində deyil. Həm də Ukraynaya HHM sistemi, müasir silahlar və zərbə sistemlərinin verilməsi planlaşdırılmır.
AzPolitika.info


Şərhlər
Bes ne qaldiki ne verecekki?