Menu

Zəngilandakı "Ağıllı kənd"in və aeroportun enerji təchizatına 8 mln manat xərclənəcək

04.05.2022, 10:51
Zəngilandakı "Ağıllı kənd"in və aeroportun enerji təchizatına 8 mln manat xərclənəcək

"Azərişıq" ASC Zəngilan rayonunda inşa edilən "Ağıllı kənd"in (1), eləcə də beynəlxalq aeroportun (2) elektrik enerjisi ilə təchizatına dair elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Light City” və “Electro İndustries” QSC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 4,854 milyon manat və 3,3 milyon manat, ümumilikdə isə 8,154 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol