Menu

"6407 müəllim iş yerini dəyişdirmək üçün müraciət edib" - Nazirlik

04.05.2022, 12:46
"6407 müəllim iş yerini dəyişdirmək üçün müraciət edib" - Nazirlik

Aprelin 25-dən start verilən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqədə iştirak etmək üçün ümumilikdə 6407 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifəsinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Yeni qaydalara uyğun olaraq, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailələrinin üzvlərinə veriləcək.

Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə qısa müddət ərzində ictimaiyyətə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol