Menu

"Türkiyə qaçqın problemi ilə qarşı-qarşıya qala bilər" - Davudoğlu

05.11.2014, 12:40
"Türkiyə qaçqın problemi ilə qarşı-qarşıya qala bilər" - Davudoğlu

Hələb ələ keçirilsə, ölkəmiz qaçqın problemi ilə qarşı-qarşıya qala bilər.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Əsəd qüvvələri Hələbi mühasirəyə alıb. Əyalət işğal edilməsə də, çox güclü təzyiq altındadır. Bu hadisələri narahatlıqla izləyirik. 3.5 ildir, zülm altında olan Suriya xalqı şərəfli müqavimət nümayiş etdirir. Bu müqavimətin simvolu Hələbdir. Hələb ələ keçirilsə, Türkiyə qaçqın problemi ilə qarşı-qarşıya qala bilər. Ona görə də biz “etibarlı bölgə”nin yaradılmasını tələb edirdik. İndi təkcə "İslam Dövləti"nə deyil, Əsəd rejiminə qarşı da tədbir görülməlidir.”, - Türkiyənin XİN rəhbəri belə deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol