Menu

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

05.05.2022, 14:28
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, Komissiyanın növbəti iclası sabah - mayın 6-da keçiriləcək.

Toplantıda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın indiyədək keçirilən iclaslarında 200-dən çox müraciətə baxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol