Dünən Vaşinqtona səfər edən İsveçin xarici işlər naziri Ann Linde ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Görüşdən sonra xanım Linde diqqətçəkən bəyanatla çıxış edib: "İsveç NATO-nun tamhüquqlu üzvü olana qədər ABŞ-dan təhlükəsizlik zəmanətini aldı".
Qeyd edək ki, həmin gün Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Finlandiyada rəsmi səfərdə olub. Uolles Helsinkidə bəyan edib ki, Böyük Britaniya Finlandiya və İsveçi NATO-ya üzv olana qədər qoruyacaq.
"AzPolitika.info"


Şərhlər