“Qələbə günü Donetsk və Luqanskda qələbə paradı keçirmək hələ ki, mümkün olmayacaq. Lakin bu vaxt tezliklə gələcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Mariupolda olan Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kirienko deyib.
Qeyd edək ki, bundan öncə qondarma “dnr”-in başçısı Denis Puşilin parad keçirməyin təhlükəli olduğunu bəyan etmişdi.
Həmçinin, Ukraynanın Xerson şəhərini işğal etmiş Rusiya ordusu şəhərdə 9 may paradının təşkili üçün fəaliyyətə keçib. Bunun üçün yerli əhalinin cəlb olunmasına çalışırlar. Lakin şəhər sakinləri əksinə, işğal əleyhinə kütləvi aksiyalar keçirirlər.
“AzPolitika.info”


Şərhlər