Menu

Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib

05.05.2022, 20:59
Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Telefon söhbəti zamanı tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və onun yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - məlumatda deyilir.

Şərhlər

t.ədalət 2022-05-05 22:57:33

Deməli,Lavrovu danışdıran Putin imiş..

Eli 2022-05-05 22:41:01

Demeli her bir Dövletin gücü ne onun iqtisadiyyatının,ne de herbi porensialının hansı seviyyede olmasında yox,hansı milletin dövleti olmasındadır ki, burdada esas amil kimi ağıl ve derrake birini yere çıxur ki Yehudi milleti de tarix boyu bunu sübut ede bilibler ve bunu hem almanlara ,hem dünyaya,bu gün de Rusiyaya ve ruslara.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol