Menu

Bakıda Ukraynaya dəstək tədbiri keçirilib - FOTO

05.05.2022, 21:16
Bakıda Ukraynaya dəstək tədbiri keçirilib - FOTO

Fransa, Polşa və Litva səfirliklərinin təşkilatçılığı ilə Bakıda Ukraynaya dəstək tədbiri keçirilib.

APA xəbər verir ki, ianə toplama tədbirində müxtəlif ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələri, ictimai fiqurlar və jurnalistlər iştirak edib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu tədbirlə bağlı təşəbbüsə görə Polşanın Azərbaycandakı səfirliyinə təşəkkür edib.

Fransalı diplomat bildirib ki, bu gün Ukrayna xalqı böyük mübarizədədir.

Onlar azadlığı uğrunda savaşır və qlobal ictimaiyyət bu xalqın yanında dayanmalıdır.

Daha sonra Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas çıxış edib.

“Bizim Avropa İttifaqında bir deyim var, Avropa komandası, bu tədbir də kiçik Avropa komandasının təşəbüssüdür. Bu gün həm də Varşavada Beynəlxalq Donorlar Konfransı keçirilir”, - deyə litvalı diplomat qeyd edib.

Tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də çıxış edib.

“Həmrəylik və empati bu müharibədə vacibdir. Dəhşətli Rusiya təcavüzü ilə üzləşən Ukrayna xalqı ilə həmrəylik göstəmək, bu müharibədə zərər görən Ukrayna xalqına empati göstərmək, onlara dəstək olmaq vacibdir”, -deyə polşalı diplomat bildirib.

Polşanın Azərbaycandakı səfiri qeyd edib ki, bu kiçik tədbir Ukrayna xalqı ilə həmrəyliyin bir nişanıdır.

“Ukrayna xalqı gələcəyi, azadlığı, mövcudluğu üçün savaşır hansı ki, biz də illər öncə bunun üçün savaşmışdıq. Azadlığı, dəyərləri üçün savaşan xalqla - Ukrayna xalqı ilə həmrəylik göstərmək, onlara dəstək vermək vacibdir”, - deyə polşalı diplomat vurğulayıb.

Şərhlər

Seyid ƏNHU 2022-05-06 00:34:25

AZƏRBAYCAN XALQI SİZLİ-SİZSİZ UKRAYNA XALQININ VƏ DÖVLƏTİNİN YANINDADIR. SİZDƏN, XÜSUSİLƏ DƏ FRANSA RƏSMİSİNDƏN SUAL ETMƏK LAZIMDIR Kİ, AZƏRBAYCANIN 44 GÜNLÜK SAVAŞINDA FRANSA OLARAQ KİMİN YANINDA İDİNİZ? PUTİNİNMİ? SEPARATİZMİNMİ? İŞĞALÇININMI? AVROPADAN KƏNARDA KİMƏ NƏ OLUR OLSUN DÜŞÜNCƏSİ DEMRKRATİK DÜŞÜNCƏ TƏRZİ DEYİL VƏ GEDİN BİR DƏ DÜŞÜNÜN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol