Menu

"Bakıda Nuru Paşaya abidə qoyulsun!" - "İndi növbə bizə düşür..."

06.05.2022, 13:49
"Bakıda Nuru Paşaya abidə qoyulsun!" - "İndi növbə bizə düşür..."

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa 1918-ci ildə Azərbaycanın erməni-daşnak qüvvələrindən təmizlənməsi və Bakının işğalçılardan azad edilməsi əməliyyatını həyata keçirmiş Qafqaz İslam Ordsunun komandanı Nuru Paşaya abidə qoyulmasını təklif edib.

Millət vəkili "Facebook" səhifəsində yazıb: "Ankarada istiqlal şairimiz Əhməd Cavada gözəl bir abidə qoyuldu. Bu, Tükiyədən Azərbaycana bir qardaşlıq ərməğanıdır. Nə qədər gözəl davranışdır. İndi növbə bizə düşür. Vaxtı deyilmi buna dəyərli bir qardaşlıq addımı ilə cavab verək?

Bakıda "Azneft" Meydanında Azərbaycanın xilaskarı Nuri Paşanın at belində heykəli! Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə sevinərlər. Fəna olmaz, deyilmi? Şuşa Bəyannaməsinin də hər bəndinə tam uyğun!"

"AzPolitika.info"

Şərhlər

TARIX 2022-05-08 10:47:22

Əla təklifdir.Bizim böyük insanın qarşısında vəfa borcumuz var.

Isibaba 2022-05-06 21:31:12

Ela teklifdir

Ramazan SİRACOĞLU 2022-05-06 15:02:29

…Təsəvvürümdə Bakının girəcəyindəki ən yüksək yerdə Nuru Paşanın at üstündə xəyali heykəlini görürəm. Özündən əmin, ciddi baxışlı, şux oturuşlu Paşa sanki nigaranlığımı hiss edir, dodaqlarında donmuş xəfif təbəssümlə söylədiyi: Merhaba, Bakü! – salamına mən də ehtiramla “Xoş gəldiniz, Paşam” pıçıldayıram. https://azpolitika.info/?p=293472

İmran 2022-05-06 14:39:01

Çoxdan qoyulmalı idi,tamamilə düz təklifdir.

Eli 2022-05-06 14:04:25

Çox gözel teklifdir.

Tahir 2022-05-06 13:59:17

Çox gözəl və doğru təklifdir. İndiyədək bizim millətimizi qıranlara heykəllər ucaltmış, dərsliklərimizə salıb övladlarımızın beyinlərini zəhərlənmiş, qəhrəman etmiş, mahnılar qoşmuşuq. İndi zaman o zamandır ki, hər şeyə oldugu kimi qiymət verərək xilaskarlarımızı əbədiləşdirək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol