Menu

OPEC+ qərarları neft bazarına təsir edib

06.05.2022, 17:14
OPEC+ qərarları neft bazarına təsir edib

Bu gün dünya bazarında neft qiymətləri bir qədər də artıb.

“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasında “Brent” markalı neftin iyul fyüçersləri 2,2% bahalaşaraq 113,34 dollardan, Nyu York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin iyun fyüçersləri isə 2,14% bahalaşaraq 110,58 dollardan satılıb.

Bütövlükdə həftə ərzində neftin qiymətləri 5%-dən çox artıb.

Xatırladaq ki, ötən gün OPEC+ Nazirlər Komitəsi gündəlik hasilatın ayda 432 min barel artırmaqla bağlı mövcud plana iyun ayında da əməl etmək qərarına gəlib.

Bununla yanaşı, Avropa İttifaqı Rusiyadan neft idxalına mərhələli şəkildə son qoymağa hazırlaşır. Belə ki, Avropa Komisiyası prezidenti Ursula fon der Leyen bu həftə Rusiyaya qarşı sanksiyaların altıncı zərfi çərçivəsində adıçəkilən ölkədən neft idxalatına embarqo tətbiq etmək təklifini irəli sürmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol