Menu

"Son 30 ildə Azərbaycan iqtisadi inkişaf baxımından böyük irəliləyiş əldə edib" - BMT nümayəndəsi

06.05.2022, 19:15
"Son 30 ildə Azərbaycan iqtisadi inkişaf baxımından böyük irəliləyiş əldə edib" - BMT nümayəndəsi

Son 30 ildə Azərbaycan iqtisadi inkişaf baxımından böyük irəliləyiş əldə edib.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Konako Mabuçi ADA Universitetində Azərbaycan və BMT arasında əməkdaşlığın 30-cu ildönümü münasibətilə keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə hörmət edən tərəfdaşdır.

"Azərbaycan pandemiya dövründə də qlobal həmrəyliyə sadiq qalıb, pandemiya ilə mübarizədə öz töhfəsini verib", - Mabuçi bildirib.

Nümayəndə qeyd edib ki, BMT Azərbaycanın inkişafına, regionun sabitlik və dayanıqlı inkişafına dəstək verməkdə davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol