Rusiya Prezidentinin ətrafı onun ölümünü istəyir. Bu zaman hər bir general və ya polkovnik mümkün icraçıya çevrilir.
Bu barədə araşdırmaçı-jurnalist Xristo Qrozev Dmitri Qordona müsahibəsində bəyan edib.
«Bu yaxınlarda biz, həmkarlarımızla Putinə çox yaxın olan oliqarxla söhbətin yazısına qulaq asdıq. O, digər oliqarxa danışır ki, yaxşı olardı o, bundan öləydi (hansısa xəstəlikdən danışır), çünki o, bizi məhv etdi, o, Ukraynanı məhv edir, o, Rusiyanı məhv edir. Və, onlar belə düşünürlər və bu, belədir ki, var» - Qrozev qeyd edib.
Onun sözlərinə görə, Putinin ətrafı onun aradan götürülməsi üsullarını düşünür, qardaşı oğlunun öldüyü və ya yoxa çıxıdığı hər bir general və ya polkovnik isə mümkün icraçıya çevrilir.
AzPolitika.info


Şərhlər
Putin özünün vəhşi hərəkətləri ilə,nəinki rus dövlətçiliyini,onun mədəniyyətini və ədəbiyyatını da risk altına saldı.Ukraynadakı vəhşilikdən sonra çoxları bir vaxt mənzillərinin rəflərində saxladığı rus klassiklərinə aid kitabları da zibilliyə tullayır..