Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.
"Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur. Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk" - məlumatda bildirilib.

Şərhlər
t.ədalətə: "Azərbaycanın Rusiyadan başqa düşməni var? erməniləri də bizə qarşı qoyan Rusiya dövləti deyilmi?"...Bəs İran ????????
Rusiya ilə birlikdə olmaq itlə bir qabdan yal içmək deməkdir. Türkmənçayı və Gülüstanı unutmamışıq.BUNU kreml bilsin.
Azərbaycanın Rusiyadan başqa düşməni var?erməniləri də bizə qarşı qoyan Rusiya dövləti deyilmi?
itlə dostluq edənin çomağı əlində olmalıdır
Xoruzun quyruğu göründü , Ukraynada da belə " labaratoriyalar " vardı нфдфтжшкэ ora soxuldu bu şərəfsizlər
bu da dövlətimizin müttəfiqi.
Biz ise mekteblerde usaqlarin sinesine rus imperiyasinin lentini vurdururuq...Qeribedir.
Hec kim Azerbaycan dovletinin qudretini ve gucunu yalan saxta xeberlerle sarsida bilmez. Olkemiz birdir vetendas ve siyasi irade hemreydir ve rehbere sedaqet Azerbaycanda movcuddur. hec kim bunu sarsida bilmez!