Bugünlərdə Azərbaycanın bütün bölgələrində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Dövlət qurumlarının rəhbərlərinin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı bu tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan Respublikasının qurulmasında, möhkəmlənməsində əldə etdiyi tarixi nailiyyətləri minnətdarlıqla xatırlanır.
Bu gün Suraxanı rayon Gənclər Evində bu məqsədlə düzənlənən "Ən böyük Azərbaycanlı- Heydər Əliyev" adlı tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, gənclər iştirak edib.

Mərasimdə çıxış edən millət vəkili Etibar Əliyev gənclərimizə Heydər Əliyevin Azərbaycanın inkişaf tarixindəki rolu, misilsiz xidmətləri haqqında məlumat verib. O, gənclərə Ulu Öndərin həyatını, fəaliyyətini dərindən öyrənməyi, öz fəaliyyətlərində dahi şəxsiyyətin ideallarını rəhbər tutmağı tövsiyə edib.
“AzPolitika.info”



Şərhlər