Menu

Polşa paytaxtında 9 may tədbirləri qadağan edildi

07.05.2022, 23:00
Polşa paytaxtında 9 may tədbirləri qadağan edildi

Varşavanın yerli hakimiyyət orqanları Rusiyanın Polşadakı səfirliyinin 9 may tədbirləri barədə sorğusuna qarşı çıxıb. Bu barədə Varşava meri Rafal Tşaskovski bəyanatla çıxış edib.

“Rusiya səfirliyi Varşavada mayın 9-unu qeyd etmək istəyir və dəstək üçün Polşa Xarici İşlər Nazirliyinə müraciət edib. Mən bunun qəti əleyhinəyəm”, - deyə o, bildirib.

Mer vurğulayıb ki, Polşanın heç bir dövlət qurumu bu təşəbbüsdə iştirak etməməli, üstəlik, analoji tədbirlərə qadağa qoyulmalıdır.

Mənbə: rbc.ua

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol