Menu

Ukraynada aviazərbə endirilən kənd məktəbində 60 nəfər ölüb

08.05.2022, 10:23
Ukraynada aviazərbə endirilən kənd məktəbində 60 nəfər ölüb

Mayın 7-də Rusiya Ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.

APA-nın xəbərinə görə, bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday "Telegram"-da paylaşımında bildirib.

Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər. Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol