Menu

Deputatın oğlu cinayət törədərək qaçıb

08.05.2022, 14:22
Deputatın oğlu cinayət törədərək qaçıb

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib. “Report” bu barədə “Shamshyan.com” kriminal xəbər saytına istinadən məlumat verir.

Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Lakin məhkəmənin onun həbsi ilə bağlı qərar çıxarmasından sonra gəncin azadlıqda olduğu üzə çıxıb.

Şərhlər

Receb 2022-05-09 02:35:16

Xeber tapmadız derc etmeye.Özümüzünkilerden yazın

ssd 2022-05-08 18:56:05

..............,öz qudurğanlarımızdan yazın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol