Menu

Tehranda həyəcan: Məktəblər bağlandı, əhaliyə xəbərdarlıq edildi

08.05.2022, 20:09
Tehranda həyəcan: Məktəblər bağlandı, əhaliyə xəbərdarlıq edildi

İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.

Tehran merinin müavini Abid Mələki bildirib ki, qeyri-sağlam hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə xüsusi fövqəladə hallar komissiyası yaradılıb.

Həmçinin, yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tehran dünya şəhərləri arasında hava kirliliyi reytinqində 12-ci yerdədir. (Mənbə: “Haber Global”)

Şərhlər

Elmira 2022-05-09 10:23:28

Asim kişi, ya nakişi, bilmirəm, siz necə də azəri dilində savadsız yazırsız. Heç yazmasanız ondan yaxşıdır. Yəqin ki hrç azəri də deyilsiniz

SabinaK 2022-05-08 23:06:30

Asim bəy, öz deist fikirlərinizi özünüzə saxlayın! İranın islam dini və müsəlmançılıqla yaxından və uzaqdan əlaqəsi yoxdur! Dünyada yaşanılan fəlakətlər yaşanan ədalətsizliklərə və vicdansızlıqlara Rəbbimizin verdiyi siqnallardır. Müsəlman ölkələrində fəlakət olur da xristian aləmində vəziyyət guya çoxmu ürəkaçandır?!

kafir asim 2022-05-08 21:06:16

.....butun muselman olkelerine felaket ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol