“TƏHSİLDƏ İDARƏÇİLİK BƏRBAD VƏZİYYƏTDƏDİR” – “20-30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir”

Bakının Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti”nin asıldığını əks etdirən fotonun yayılmasından sonra Azərbaycanın orta məktəblərindəki vəziyyət, təhsildə idarəetmə, kadrların seçilməsi kimi mövzular yenidən aktuallıq qazanıb. Bu baxımdan, Təhsil Nazirliyindəki mənbənin təhsil sektorundakı vəziyyətlə bağlı "AzPolitika.info"-ya təqdim etdiyi yazı yerinə düşüb. 

Həmin yazını təqdim edirik: 

"Dövlətin təhsil siyasətini şəxsi və qrup maraqlarına qurban vermək olmaz. Təhsillə təhsili bilən, ictimai mənafeni şəxsi mənafedən üstün tutan, gələcəyimizin daha işıqlı olması üçün çalışan adamlar məşğul olmalıdır. Nəinki keçmişi və bugünü qaranlıq adamlar...

Məhz belələrinin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, təhsilimizin, xüsusən ümumi təhsilin nəinki bu günü, sabahı da qaranlıq görünür. Builki buraxılış imtahanlarının nəticələrinin təhlili bir daha göstərir ki, ümumi təhsildə əvvəlki illərə nisbətən geriləmə baş verir.

Bunların səbəblərini əsaslı təhlil edərkən aşağıdakı mənzərə ortaya çıxır:

1) Bir çox məktəblərdə idarəçilik bərbad vəziyyətdədir.

2) Məktəb direktorları və müavinləri 90% halda qeyri-şəffaf və subyektiv amillər əsasında seçildiyi üçün onlara qarşı tələbkarlıq göstərilmir.

3) Şagirdlərin müəyyən tələblər qarşılığında dərsə gəlməməsi, fərdi hazırlığa cəlb olunması kütləvi hal alıb.

4) Fərdi hazırlığa gedən uşaqlar xaric digər şagirdlərə illərlə proqram üzrə dərs keçilmir və ya onlara qarşı tələbkarlıq yoxdur.

5) Bir çox məktəb direktorları dövlət məktəbini özəl kommersiya müəssisəsi kimi idarə edir, daha çox gəlir əldə etmək haqqında düşünür, bu istiqamətdə fəaliyyətini qurur.

6) Məktəblərin gündəlik təminatının ödənilməsi ağır yük kimi valideynlərin üzərinə qoyulur.

7) Məktəbin saxlanılması üçün valideynlərdən ardıcıl olaraq yığılan pullar narazılıq yaradır, müəllim nüfuzu, təhsil sistemi və dövlətin təhsil siyasəti məqsədyönlü şəkildə gözdən salınır. 2017-ci ildə Təhsil Nazirliyi rəhbərliyinin dəstəyi ilə Bakı məktəblərində dünya təcrübəsi əsasında təsis olunan, valideynlərlə məktəblərin şəffaf əməkdaşlığına əsaslanan "Təhsil icmaları"nın yaradılmasının qarşısını alan şəxslər indi də məktəblərdəki yığımların genişlənməsini dəstəkləyirlər. Rəsmi açıq mənbələrə və internet resurslarındakı məlumatlara əsasən həmin dövrdə təkcə Bakı şəhərində 200-ə yaxın məktəbdə "Məktəb icmaları" tətbiq olunubmuş. Sonradan yığımlardan əli çıxan direktorların xahişi əsasında onların o vaxtkı səlahiyyətli xanım himayəçisi bu təsisatın ləğv olunmasına nail olur.

8) Xarici ölkələrdə tətbiq olunan, Azərbaycan təhsil mühitinə yad olan hoqqabaz layihə və proqramların tətbiqi adı ilə təhsil ictimaiyyətinin başı qatılır, qondarma islahatçılıq və yenilikçilik görüntüsü yaradılır.

9) Yeni təyin olunan direktorların bir neçə ildən sonra yeri dəyişdirilsə də, 10, 15, 20, hətta 30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir.

10) Qocaman direktorları himayə edən, toxunulmaz saxlayan şəxslər bunu yaratdıqları dəqiq maraq mexanizmləri vasitəsilə tənzimləyirlər.

11) Himayədarlıq piramidası bir neçə səlahiyyətli və qeyri-rəsmi şəxslərin əlində cəmləşdiyi üçün təhsil idarəetməsindəki xaotiklik və başıpozuqluq normal işləmək istəyən məktəb direktorlarının da əlini işdən soyudur.

12) Hətta təhsildəki yüksək ali postlardan son dəyişikliklə digər vəzifəyə və ya istefaya gedən bir-iki şəxs bu gün də tam səlahiyyətlə yaratdıqları maraqlar üzərində qurulmuş idarəetməni ümumi təhsilə tətbiq etməkdədir.

13) Onlarca məktəb direktoru və direktor müavinləri bu gün də keçmiş və indi vəzifədə olan himayədarına arxalanaraq məktəbləri intriqa yuvasına çevirib.

14) Yeni yaradılan Regional Təhsil İdarələrinə də eyni maraq və şəxsi münasibətdən irəli gələn qaranlıq təmaslar vasitəsilə rəhbərlər təyin olundu.

15) Sadə müəllim imtahan əsasında işə götürüldüyü halda, Regional Təhsil İdarələrinin rəhbərlərinin subyektiv amillər əsasında təyin olunması da dövlətin kadr siyasətinin prinsipləri ilə uzlaşmır.

16) İllərini təhsilə həsr etmiş təcrübəli təhsil işçilərinin başı üzərinə təhsildən bixəbər, bir sıra hallarda heç cür təhsilə uyğun gəlməyən ixtisas sahiblərinin (Baytar, mühəndis, maliyyəçi, aqrar mütəxəssis və s) rəhbər təyin olunması qeyri-ciddi mühit yaradır.

17) Sorosçular və fetoçuların təhsildə atamanlığının qarşısı alınmalıdır.

18) Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva şəhər məktəblərinin 70 faizində idarəçiliyini itirməyib. Əmisi qızı Zərifə Əliyeva adına liseyin, xalası qızı 20 nömrəli məktəbin, başqa bir qohumu 18 nömrəli məktəbin direktorlarıdır. Və 30-dan çox rəfiqəsini direktor təyin etməyə nail ola bilib.

Azərbaycan ziyalılarını, təhsil təəssübkeşliyi olan hər kəsi şəxsi maraqlarına görə gələcəyimizi nagüman edən təhsil dəllallarına qarşı mübarizə aparmağa, təhsil idarəçiliyində olan və kənarda oturub öz dünya görüşünə uyğun təhsil idarəçiliyi quran şəxslərin ifşasına dəstək verməyə çağırıram".

635x100

Şərhlər

A.Məmmədov 2022-05-12 12:30:37

Mən, Təhsil Nazirliyindəki Ştirliçdən fərqli olaraq, AMEA-nın Fizika İnstitutundakı qanunazidd hərəkətlər, qurğuların dağıdılaraq satılması, institutun inzibati-amirlik sisteminin eybəcər üsulları ilə idarə edilməsi barədə Prezident Administrasiyasının Humanitar Siasət şöbəsinin müdiri Fərəh Əliyevaya üç dəfə müraciət etdim. Mənim müraciətlərimi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.13 maddəsini pozaraq qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət etdiyim AMEA-nın Fizika İnstitutuna göndərdilər və bu müraciətlərə başdansovdu, qaldırılmış məsələlərə aidiyyatı olmayan cavablar verildi. Buna görə də, mən 7 aprel tarixində bu xanımın qəbuluna getdim və 9 saat 15 dəqiqə ayaq üstə durandan sonra bu xanımla görüşə bildim. Bu xanım mənə üç dəqiqə vaxt ayırdı və bu üç dəqiqə əsasında mən əmin oldum ki, bu xanımı nə elm, nə də ki, elmdəki vəziyyət qətiyyən narahat etmir. Çıxanda yazılı müraciətimi də ona verdim. Bir aydan artıq vaxt keçir. Heç başdansovdu cavab da vermirlər. Təhsil, elm, səhiyyə kimi sahələr bu cür şəxsə həvalə edilib. Qıssası Fatmadan sonra fərəhlənmək ümidlərimiz də boşa çıxdı. Xahiş edirəm mənim yazdıqlarımı mənafeyinizə uyğun dəyişməyəsiniz.

Azərbaycanlı 2022-05-12 11:05:05

Elə də olmalıdır. Bu məmləkətdə vəzifə savada qabiliyətə görə verilmir. Əsas bir neçə reiyon klan. Həm də yaltaq cahil satqın millətini talamağı bacaqmalı və sair mənfi qeyri insani xüsusiyyətlər əsas götürülür. Normal insanlar da işsiz qalır sınır məhv olub gedir. Bu ədalətsiz prinsip biz milləti məhvə aparır. Ona görə də malımızı pulumuzu bu quldurlar yeyirlər. Biz isə yatırıq

oxucu 2022-05-11 22:01:41

Hörmətli millət! AMEA-nın prezidenti məsələsi həll edilib. Prezident Arif Həşimov olacaq! Özünüzdən hoqqalar çıxartmayın!

Amon 2022-05-10 17:06:26

Xanim mekteb direktorlarinin ekseriyyeti ya deputatlarin ya icra bascilarinin heyat yoldaslaridi ya da qohumlari. ona gore de emrullayev cenablarinin gucu catmir.eger o hansinisa isden azad elemeye cehd elese hemin deputatlar milli meclisde tehsili yixib suruyecekler.milli meclisde temiz adamlar oturmadiqca bele problemler hemise olacaq

Kamil 2022-05-10 15:42:02

Gənc nazirlər köhnə sistemi məhv eləyirlər, təzəsini isə qura bilmirlər. Bu agılla da nəsə quracaqlarına isə ümid yox, ehtimalın üfiqində də bir şey görünmür.

millət 2022-05-10 08:49:38

Mən Əli ilə tam razəyam. Misir Mərdanov Azərbaycan t\əhsilinin mə\hv etdi. Əli İnsanov səhiyyə müəssisələrinə xadimədən tutmuş baş həkimlərə kimi Erməınistanlı təyin etdiyi kimi, Misir də bütün məktəb direktorlarının yalnız Erməınistanlı ilduğu halda təyin edirdi. Məktəb direktorları yalnız qaçqınmlar olmalı idi. İndi buyurun, Mərdanovun əkdiklərinin biçir xalq. Misir Mərdanov yığdıqlarını yığıb gedib oturub AMEA-da Riytaziyyat institutunun direktorudur. Hələ akademik adını da pulla alıb. İndi Ramiz Mehdiyevi pisləməklə məşğuldur. Bilirsiniz niyə? Akademiyaya prezident keçmək istəyir!!!

Kərəm Vəliyev 2022-05-10 01:04:57

Region təhsil şöbələri yeni rüşvət orqanıdır.Rüşvət tegionlarda mərkəzldirilib mərkəzə çatdırılmasını təmin edəcək.Nticədə məktəblərdə yığım artaraq valideyinləri yükləyəcəklər.Büdcəyə artıq xərc,valideyinlərə məsrəf! Həqiqəti danmaq olmaz!

Fərman 2022-05-10 00:57:04

Niyə belə vacib sahə başlı-başına,nəzarətsiz buraxılıb?Təhsili eksperomnt.rüşvət basına niyə çeviriblər.Hanı bu sahəyə dövlət nəzarəti?

Amon 2022-05-10 00:07:17

Direktorlarin ekseriyyeti deputatlarin ya heyat yoldasi ya da bacisi ve ovladlaridi onlara toxunmaq olmaz toxunsan heyasizcasina milli meclisde tehsilde ki problemlerden danisacaqlar

TT 2022-05-09 19:50:13

Yaddan cixdi , tehsil varsa , niye bir yeni nailiyyet yoxdu ? Rûshvet olan yerde tehsil olmur !!!Bilesiz ,,Yeane yerikki , pul verib diplom aliriq ( laximsiz diplom ) Derdiyeeeee

TT 2022-05-09 19:46:00

Bizde tehsil var ? Varsa , demeli men deliyem !

Xalq 2022-05-09 16:49:01

Elitar gimnaziyanįn ditektoru Sevda Quliyeva 40 ildir ki məktəb direktorudur. Ermənistsnlı oldugu üçûn toxunulmazlıģı var. Əmirullayev bacarırsa onu çıxartsın. Korrupsionerin yekəsidir. Nazirin də gücü çatmaz belələrinə

Aslan 2022-05-09 15:53:30

Guya Əmiraslanov nəsə dəyişəcək?...Təhsil də başqa sahələr,sənaye,iqtisadiyyat kimi başdan bilərəkdən korlanır.

Даvud 2022-05-09 15:53:30

A balam maktab direktorlarini tenderla tayin edin

Səadət 2022-05-09 15:42:48

Təhsildə (istər ali.istər orta ) nazirdən başlamış son kənd müəllimlərinə qədər ciddi təmizləmə aparılmalı,təhsil qohumbazlıq.yerlibazlıq,kirvəlik,rüşvət prlblemlrindən azad olunmalı,Azərbaycanda pullu təhsilə son qoyulmalıdır.Yalnız bu halda ölkədə təhsilin səiyyəsindən danışmaq olar.Məktəblərdə yığımlar olmamalıdır.Təhsilin səviyyəsi qaldırılmalı,Yalnız özünü doğruldan metodlar tətbiq olunmalıdır.Təhsili eksperiment meydanına çevirərək tamamilə məhv etdiyimizin fərqinə varmalıyıq.

Faiq 2022-05-09 13:42:19

Haqlisan Roma qardaşım. Dalında Məhəbbətin Ceyhun Bayramov durur.

Eli 2022-05-09 11:52:25

Misir Merdanov ele “toxum” sepmiyib ki, bunlar onu temizlete bilsinler

Təhsil işçisu 2022-05-09 10:42:34

Bu yazının müəllifi kimdir?

Tahir 2022-05-09 10:16:15

Nazir əmr verir. Əmri icra edənlər yerdə direktorlardır. Direktorlar isə 99 faiz rüşvətlə qoyulmuş və ona görə də var gücləri ilə rüşvətə köklənmiş iri məmurların qohum-əqrabalarından formalaşıb. Odur ki, nə onları işdən çıxarmaq olmur, nə də təhsildə nəsə irəliləyiş etmək mümkün görünmür. Beləcə də xeyli davam edəcəkdir...

Roma 2022-05-09 10:10:55

Mənə elə gəlir bu Məhəbbət Vəliyeva istədiyini edir və hansısa səbəbdən toxunulmazlıq hüququ vardır???

Son yazılar