Menu

"Heydər Əliyev siyasi xəttini davam etdirmək bizə həmişə güc və inkişaf gətirəcək” - Millət vəkili

10.05.2022, 09:20
"Heydər Əliyev siyasi xəttini davam etdirmək bizə həmişə güc və inkişaf gətirəcək” - Millət vəkili

“Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Biz xoşbəxt insanlarıq ki, tanrı Azərbaycana belə bir şəxsiyyət bəxş edib. Onun bir strateq kimi atdığı addımlar bizi müstəmləkə bir ölkədən müstəqil və güclü Azərbaycana çevirdi”.

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri deputat Vüqar İskəndərov açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, biz illər keçdikcə bir daha şahid oluruq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə necə düzgün və gələcəyə yönəlmiş qərarlar verib: "Bu gün biz həmin çəkilən əziyyətin meyvələrini toplayırıq. Onun təkcə iqtisadiyyat sahəsində atdığı addımlara nəzər salmaqla necə sabit və inkişaf edən bir dövlət qurduğunu görə bilərik”.

Deputat həmçinin qeyd edib ki, 90-cı illərdə Azərbaycan çox çətin bir prosesdən keçib: “Əlbəttə ki, belə olan təqdirdə çevik addımlar atılmalı və ölkəni bu uçurumdan xilas etmək lazım idi. Bu baxımdan ümummilli lider Azərbaycanın dünya iqtisadiyyatına inteqrasyası, özəlləşdirmə proqramları, aqrar islahatların həyata keçirilməsi və s. istiqamətlərdə addımlar atmaqla Azərbaycanı bu çətinlikdən xilas etdi. Azərbaycanda yeni bazar iqtisadiyyatı quruldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması isə ölkəyə yeni valyuta axınının bünövrəsini qoydu.

Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmışdı. “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. 

Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. əlbəttə bununla yanaşı dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdu. 

Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdu. Nəticədə isə iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. Gələcəyə yönəlmiş bu strateji addımlar bu gün bizə güclü Azərbaycanın vətəndaşı olmaq xoşbəxtliyi nəsib elədi. Ona görə də Heydər Əliyev siyasi xəttini davam etdirmək bizə həmişə güc, müstəqillik və inkişaf gətirəcək”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol