Menu

ABŞ-ın müdafiə naziri ukraynalı həmkarı ilə yeni hərbi yardım paketini müzakirə edib

10.05.2022, 09:19
ABŞ-ın müdafiə naziri ukraynalı həmkarı ilə yeni hərbi yardım paketini müzakirə edib

ABŞ-ın müdafiə naziri Lloyd Austin ukraynalı həmkarı Aleksey Reznikov ilə yeni hərbi yardım paketini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

ABŞ Prezidenti Cozef Bayden keçən həftə Pentaqondan Ukraynaya daha 150 milyon dollarlıq hərbi texnikanın təhvil verilməsi barədə göstəriş verib.

ABŞ-ın yeni yardım paketinə artilleriya mərmiləri, radioelektron mübarizə vasitələri və əks batareya radarları daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol