Menu

"Sülh danışıqları prosesi 5 bənd əsasında getməlidir" - XİN başçısının müavini

10.05.2022, 10:44
"Sülh danışıqları prosesi 5 bənd əsasında getməlidir" - XİN başçısının müavini

"Brüssel görüşündən sonra ondan əvvəlki proseslər nəticəsində belə bir əminlik var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə, eyni zamanda delimitasiyaya razılığını bildirib. O ki, qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməyinə, əgər sülh danışıqlarından söhbət aparırıqsa, bu proses 5 bənd əsasında getməlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Xələf Xələfov deyib

"Biz o qənaətdəyik ki, hər hansısa şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır", - o, əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol