Menu

“Radioquraşdırma zavodu”nun direktoru dəyişib

10.05.2022, 12:39
“Radioquraşdırma zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, müəssisəyə rəhbərlik Rzabəy Məmmədova həvalə olunub.

Xatırladaq ki, "Radioquraşdırma zavodu" 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol