Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britanya, İsveçrə, Avropa İtifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, görüş iştirakçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırlması prosesini və regiondakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.
Nümyəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.


Şərhlər