"PUTİN BAŞ QƏRARGAH RƏİSİNİ QOVDU" - “Müharibə daha qanlı olacaq”

Önümüzdəki günlərdə Rusiya ilə Ukrayna arasındakı müharibə daha da şiddətlənəcək.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, Putin baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı əməliyyatların komandanlığından uzaqlaşdırıb: “İlkin ehtimallara görə, o, qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Rusiya çıxılmaz vəziyyətə düşüb, ehtiyat qüvvələr toplamaqda çətinlik çəkir”.

Onun sözlərinə görə, işğalçılar Kramatorsk və Severodonetskin tutulacağı təqdirdə təzyiqləri artıra və Xarkov vilayətinin inzibati sərhədlərinə hücumu genişləndirə bilərlər.

“Artıq neçə həftədir müdafiəmizi yarmağa çalışırlar, Putinin siyasi gələcəyini irəli aparmaq üçün sonuncu əsgərlərlə döyüşürlər”, - ekspert vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar