Menu

İki qardaş bələdiyyənin nümayəndələri Heydər Əliyevin büstü önünə toplaşıb - FOTO

10.05.2022, 20:10
İki qardaş bələdiyyənin nümayəndələri Heydər Əliyevin büstü önünə toplaşıb - FOTO

Türkiyənin Bursa şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə tədbir keçirilib.

Bursa şəhər Yıldırım Bələdiyyəsinin təşkilatçılığı ilə H.Əliyevin büstü qarşısına toplaşanlar ümummilli lideri ehtiramla anıblar. Tədbirdə Abşeron rayonu Xırdalan bələdiyyəsinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Xırdalan Bələdiyyəsi ilə Yıldırım Bələdiyyəsi arasında 2008-ci ildə qardaşlaşma haqda sənəd imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol