Menu

“Rusiyada çevriliş ehtimalı tam realdır” – “Kremldə narazılıq artır”

11.05.2022, 00:11
“Rusiyada çevriliş ehtimalı tam realdır” – “Kremldə narazılıq artır”

Hərbi ekspert Oleq Jdanov Rusiyada dövlət çevrilişini tam real hesab edir - Ukrayna müharibəsi səbəbilə.

Bu barədə o, öz fikirini “RBK-Ukrayna”-ya müsahibəsində səsləndirib.

«Getdikcə belə hadisənin ehtimalı daha da artır. Sanksiyalar getdikcə daha çox təsir göstərir. Putinin ətrafı dərk edir ki, Qərblə əlaqələr - iqtisadi, maliyyə, siyasi əlaqələr qırılır. Onlar «kar tədric»ə düşürlər. Bəziləri, mümkündür ki, artıq zərəri hesablayır. Ona görə də orada, yuxarılarda narazılıq artır» - o, qeyd edib.

«Putin əvvəllər deyirdi ki, bütün təşkilati nəticələri müharibədən sonra çıxaracaq. Amma o, artıq nəticələri çıxardır. Məlumat var ki, o, Gerasimovu vəzifədən kənarlaşdırıb. Necə deyərlər, bu «əməliyyata» komandanlıq edəcək kimsə Gerasimovun kreslosunda oturmağa cəhd göstərəcək. FTX məğlubiyyətin günahını Müdafiə Nazirliyinin üzərinə yükləmək cəhdi göstərir. Müdafiə Nazirliyi isə FTX-yə yükləyir» - Jdanov əlavə edib.

Bu zaman ekspert Putinin cərrahi əməliyyata girəcəyi halı da proqnoz edib: «Bu dövrdə ölkəyə rəhbərlik Patruşevə keçəcək. Birdən, bu əməliyyatdan sonra Putin ayılmadı? Və ya onun ürəyi dözmədi?».

Oleq Jdanovun sözlərinə görə, israilli mütəxəssislər bu informasiyanı təsdiqləyirlər ki, Putinin onkoloji xəstəliyi var.

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-05-11 00:37:41

Patruşev hakimiyyətə keçsə də müharibə davam edəcək.ABŞ və Qərb kəşfiyyatçıların hakimiyyətə gəlməsini istəməyəcəklər.Hətta Patruşev Ukraynaya qarşı müharibəni dayandırsa belə.Müharibə Rusiyanın parçalanmasına qədər davam edəcək.Qərb Rusiyanın təbii sərvətlərini,iqtisadiyyat sahəsindəki geniş imkanlarını ələ keçirməyə maraqlıdır.Bu maraq,vaxtı ilə SSRİ-ni də dağıtdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol