Menu

“Əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq” – Türkiyə və Qazaxıstan arasında mühüm razılaşmalar

11.05.2022, 19:35
“Əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq” – Türkiyə və Qazaxıstan arasında mühüm razılaşmalar

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayevin Türkiyəyə rəsmi dövlət səfəri çərçivəsində iki ölkə arasında mühüm sazişlər imzalanıb.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər ticarət dövriyyəsinin illik həcmini 10 milyard dollara çatdırmaqla bağlı razılığa gəliblər. Türkiyə və Qazaxıstan liderləri bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımaları indiki səviyyədən 4 dəfə artırmağın vacib olduğunu qeyd ediblər. Q.C.Tokayev Xəzər sahilindəki Aktau limanında konteyner terminalının imkanlarını xeyli genişləndirəcəyini bəyan edib.

Səfər çərçivəsində Türkiyənin Milli müdafiə naziri Hulusi Akarдф Qazaxıstan Müdafiə naziri, general Ruslan Jaksılkov arasında görüş keçirilib. Daha sonra nazirlər prezidentlərin iştirakı ilə iki ölkə arasında Hərbi Kəşfiyyat üzrə Əməkdaşlıq Protokoluna və Hərbi Arxiv, Hərb Tarixi, Hərbi Muzey və hərbi sahədə əməkdaşlığa dair protokollara imzala atıblar.

Türkiyə Prezidenbti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan lideri ilə görüşdən sonra sosial şəbəkələrdəki hesabında paylaşım edib.

"Ölkəmizə ilk dövlət səfərini edən Qazaxıstan Prezidenti, əziz qardaşım Qasım Comərt Tokayevi və onun nümayəndə heyətini Ankarada qəbul etməkdən çox məmnun olduq. İmzaladığımız birgə bəyanatla əməkdaşlığımızı genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. Qazaxıstanla ticarət dövriyyəmiz əvvəlki illə müqayisədə 58% artaraq 5,3 milyard dolları ötüb. Birlikdə atacağımız addımlarla 10 milyard dollarlıq hədəfə tez çatacağıq. Türk şirkətlərini Qazaxıstana daha çox sərmayə qoymağa təşviq etməyə davam edəcəyik. Qazaxıstan bizim ata-baba yurdumuz olduğu kimi, Türkiyə də qazax qardaşlarımızın ikinci vətənidir. Biz bütün şəraitdə qazaxıstanlı qardaşlarımızın yanında olacağıq", - Ərdoğan bildirib.

"AzPolitika.info"

Şərhlər

korrektor 2022-05-11 20:26:58

müqaviləni alqışlayıb dəstəkləyirik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol