Menu

Ukraynaya dayaq duran azərbaycanlı iş adamı – FOTOLAR + VİDEO

11.05.2022, 15:06
Ukraynaya dayaq duran azərbaycanlı iş adamı – FOTOLAR + VİDEO

“Ukrayna xalqının ağır günlərində əlimizdən gələn köməyi göstərəcəyik”

Ukrayna Azərbaycanlıları Konqresinin sabiq sədri, azərbaycanlı iş adamı Oktay Əfəndiyev müharibə dövründəki fəaliyyəti ilə ukraynalılar arasında böyük rəğbət qazanıb. Koronavirus pandemiyası dövründə Ukraynada yaşayan azərbaycanlı ailələrə yardımlar edən Oktay Əfəndiyev Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna xalqına daöz dəstəyini əsirgəmir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri olan Oktay Əfəndiyev müharibənin ilk günlərindən öz komandasıyla birlikdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan insanlara maddi və mənəvi yardımlar edir.

Azərbaycanlı iş adamı həmçinin Ukayna Ordusunun yardım fonduna 3 milyon qrivna( təxminın 175 min manat) vəsait köçürüb.

İş adamı maddi yardımlarıyla yanaşı, Ukraynada müharibə nəticəsində dağıdılmış infrastrukturun bərpasında da yaxından iştirak edir.

O, şəxsi imkanları hesabına Kiyev ətrafı kəndlərdə - Qurovşina, Buzova, Maryanovka, Lesnoye, Xmilna və digər yaşayış məntəqələrində minlərlə ailəyə yardımlar edib. Təkcə Buzova və Dmitrovka qəsəbə sakinlərinə 6 ton ərzaq yardımı göstərib.

Oktay Əfəndiyev özünün şəxsi feysbuk hesabında bu yardımların davam edəcəyini bildirib: “Biz bundan sonra da Ukrayna xalqının ağır günlərində əlimizdən gələn köməyi göstərəcəyik. Ukraynada yaşayan və ağır vəziyyətdə olan hər kəsə imkan daxilində müharibə başlayan gündən fədakar komandamla birgə dəstək oluram. Bu, bizim insanlıq borcumuzdur. Allah bizləri qorusun! Qələbəyədək!”.

Qeyd edək ki, uzun müddət Ukraynadakı Azərbaycan diasporasına rəhbərlik etmiş Oktay Əfəndiyevin xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. 2006-cı ildə keçirilən Dünya Azərbaycanlılarının İkinci Qurultayında İlham Əliyev Oktay Əfəndiyevi “Şöhrət” ordeni ilə təltif edib.

“AzPolitika.info”



Şərhlər

Qabil Osmanli 2022-05-11 18:14:25

Ukraynada fəxrimiz

Türk Turan 2022-05-11 17:19:35

Oktay Əfəndiyev kimi oğullarımızla fəxr edirik, təşəkkür edirik. Allah razı olsun qardaş.

t.ədalət 2022-05-11 15:30:15

Ukrayna xalqı bizə doğmadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol