Pəncşirdəki Milli Müqavimət Cəbhəsi ilə "Taliban" qüvvələri arasında gərginlik yenidən artıb.
"Khaama Press" xəbər verir ki, Milli Müqavimət Cəbhəsinin (MMC) sözçüsü Sebqhatullah Əhmədi açıqlamasında döyüşlərdə altı "Taliban" üzvünün ələ keçirildiyinii, "Taliban"a məxsus yeddi tankın tamamilə məhv edildiyini və 22 "Taliban" yaraqlısının öldürüldüyünü deyib.
Pəncşir vilayətindəki "Taliban" qubernatorunun sözçüsü Əbu Bəkr Siddiqi bu iddiaları təkzib edərək yalnız üç nəfərin yaralandığını deyib: "Dara rayonunda düşmənçilik artıb, lakin "Taliban" qoşunlarına kiçik miqyasda ziyan dəyib, üç avtomobil məhv edilib, üç nəfər yaralanıb".

Sebqhatullah Əhmədi "Taliban"ların Pəncşirdə təzyiq altında olduğunu və itkilər verdiyini iddia edərkən, əyalətin "Taliban" sözçüsü iddia edir ki, onların Abdullahel kəndində apardıqları "təmizləmə" əməliyyatı MMC üzvlərini dağlara qaçmağa məcbur edib.
Bununla belə, Pəncşir vilayətindəki bəzi mənbələr dünən iki hərbi helikopterin "Taliban"a aid olan cəsədləri və yaralıları Kabilə apardığı bildirilir.
Sosial şəbəkələrdə "Taliban"ın Milli Müqavimət Cəbhəsini məğlub etdikdən sonra yerli əhaliyə qarşı zorakılıq etdiyi və çoxlu sayda insan tələfatı törətdiyi barədə videolar da yayılıb.
"Taliban" hələ ki, iddialara cavab verməyib və Pəncşirdə gərginlik artmaqda davam edir.
L.SƏMLA
AzPolitika.info


Şərhlər