Menu

“Tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə təsir göstərir" - Prezident Ofisi

11.05.2022, 17:47
“Tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə təsir göstərir" - Prezident Ofisi

“Beynəlxalq tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə ciddi təsir göstərir”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andriy Sibiqa deyib.

“Ağır silahların bəziləri ölkəyə gəlib. Bəziləri isə yoldadır. Bütün beynəlxalq səfərlər müdafiə dəstəyi baxımından çox vacibdir. Hər səfərdən sonra müəyyən ağır, ən yeni silahların təminatı üçün addımlar atılır”, - Prezident Ofisinin rəsmisi bildirib.

O gələn silahların çox keyfiyyətli olduğunu söyləyib: “Bu, həm etibardan, həm də dünyanın Rusiyanın şantaj və təhdidlərindən qorxmamasından xəbər verir. Bu, Ukrayna ilə beynəlxalq həmrəyliyin nümayişidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol