Menu

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir” - Paşinyan

11.05.2022, 19:58
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir” - Paşinyan

Ermənistan və Azərbaycan nümayəndələri sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı yaxın vaxtlarda görüş keçirəcəklər.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, əlavə edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü də gözlənilir.

“Biz çox çətin sınaqlardan keçdik, lakin düzgün yolda olduğumuza əminik”, - deyə Paşinyan bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol