Menu

Mixeil Saakaşvili həbsxanadan klinikaya köçürülür

12.05.2022, 00:34
Mixeil Saakaşvili həbsxanadan klinikaya köçürülür

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki klinikaya köçürülür. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumatlara əsasən, sabiq dövlət başçısı hazırda təcili tibbi yardım maşını ilə Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidə yerləşən özəl “Vivamedi” klinikasına çatdırılır.

Xəstəxanada təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və eks-prezidentin yerləşdiriləcəyi palatanın olduğu mərtəbənin tam boşaldıldığı bildirilir.

Qeyd edək ki, M.Saakaşvilinin hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.

Xatırladaq ki, siyasətçi ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol