“PUTİN HİTLERDƏN, STALİNDƏN DAHA TƏHLÜKƏLİDİR” – Polşanın Baş naziri xəbərdarlıq edir

Rusiya diktatoru Vladimir Putin daha təhlükəlidir, nəinki Adolf Hitler və İosif Stalin, çünki onun əlində daha ölümcül silah var - 20 əsrin diktatorlarının əlində olmayan nüvə raketləri və internet.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib («The Daily Telegraph»).

Polşa hökumətinin başçısının sözlərinə görə, Rusiya informasiya məkanını milyonlarla feyk xəbərlərlə «yoluxdurub». Ona görə də dünyaya «deputinizasiya» gərəkdir.

«Rus dünyasının» Putin ideologiyası - bu, 20-ci əsrin kommunizminin və nasizminin ekvivalentidir. Bu, həmin ideologiyadır ki, Rusiya uydurma hüququ və öz ölkəsi üçün imtiyazları əsaslandırır. Onu kökündən qaşımaq lazımdır» - o, qeyd edib.

Moravetski həm də Putinin mayın 9-da paraddakı bu bəyanatını şərh edib ki, Rusiya bu gün nasizmlə mübarizə aparır. Polşanın Baş naziri qeyd edib ki, Rusiya diktatoru bu barədə əfsanəni inkişaf etdirir ki, Rusiya nasizm üzərində qələbə çalıb, amma müharibədən sonrakı onilliklər boyu SSRİ-nin Şərqi Avropa ölkələrindəki repressiyalarını xatırlatmır.

«Putin nə Hitler deyil, nə də Stalin. Təəssüf ki, o, daha təhlükəlidir. Əgər Avropa onu dayandırmasa, Putin Rusiya ordusunu daha irəli Avropaya yönəldəcək. Biz həll etməliyik ki, onu harada dayandıracağıq» - Moravetski xəbərdarlıq edib.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2022-05-12 13:11:49

Təkcə Putin yox,bütün ruslar digər xalqlara qarşı düşməndirlər.Rusiyanın nə qədər xain və qəddar olduğunu görsəydi,bəlkə də Rəsul Həmzətov "Juravli" şeirini yazmazdı.Rus-alman müharibəsində ölənlərin ruhuna ehtiramla yazılan həmin şerdə özgə torpaqlarda cəhənnəmə vasil olub qalan,Rusiya tərəf uçan ruhların "dəstələri" arasında özünə yer axtaran şair ,haradan biləydi ki,zaman gələcək onların varisləri Ukraynada günahsız dinc əhalini,körpələri qətl edəcəklər..

Son yazılar