Menu

“Siemens” şirkəti Rusiya bazarından çıxıb – “Rusiya iqtisadiyyatı itirməkdə davam edir”

12.05.2022, 14:33
“Siemens” şirkəti Rusiya bazarından çıxıb – “Rusiya iqtisadiyyatı itirməkdə davam edir”

Almaniyanın “Siemens” şirkəti Rusiya bazarından çıxmaq barədə elan verib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak xəbər verib.

«Almaniyanın “Siemens” şirkəti Ukraynadakı müharibəyə görə Rusiya bazarından getdiyini elan edib» - o, qeyd edib.

Yermakın sözlərinə görə, şirkətin gəlirləri azalıb, anti-Rusiya sanksiyaları səbəbilə riskləri isə artıb.

«Rusiya iqtisadiyyatı itirməkdə davam edir və bu, Ukraynanın qələbəsini yaxınlaşdırır» - ofis başçısı qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol