Menu

Azərbaycanda bankların dollara tələbatı yenidən artıb

12.05.2022, 14:33
Azərbaycanda bankların dollara tələbatı yenidən artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 45,5 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12% artıb.

Ötən valyuta hərracında bankların tələbi 40,6 mln. ABŞ dolları təşkil etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol