Menu

Dövlət Xidməti daha iki şirkətə qarşı iş qaldırıb

13.05.2022, 12:26
Dövlət Xidməti daha iki şirkətə qarşı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “SunFood” MMC-yə qarşı antiinhisar qanunvericiyilinin pozulması əlamətləri üzrə iş qaldırıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.

"Qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər", - deyə qurum bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol