ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRƏN POLİS DYP ZABİTİ OLUB - Yenilənib

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti olması üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

İnsan 2022-05-13 18:57:05

Psixoloji problemi olan birini polisə rüşvət alıb işə götürəndə belə olar! Yoxsa sözə baxmadığı üçün güllələyib sonrada belə yazırlar!

Son yazılar