Menu

Azərbaycan vəkilliyi böyük Avropa vəkil ailəsinə rəsmən üzv qəbul olundu

13.05.2022, 20:36
Azərbaycan vəkilliyi böyük Avropa vəkil ailəsinə rəsmən üzv qəbul olundu

Bütün vəkillərimizi və ölkəmizin hüquq ictimaiyyətini ürəkdən təbrik edirik!

Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association həmin təşkilata üzv qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, CCBE CCBE - Council of Bars and Law Societies of Europe Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.

4 illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunmuşdur.

Şərhlər

qəribə işdir 2022-05-13 22:36:25

vəkillər cavabdehlə danışıb işi "yoluna qoya" bilirlər, "malades".

Alı 2022-05-13 22:07:15

"İstədiyi yar idi, yetirdi pərvərdigar". Avropa vəkilliyi bədbəxt günə qaldı. İndi baxarsız və görəcəksiz ki, bizim vəkilliyimiz bir- iki aydan sonra Avropa vəkilliyini necə iflic edəcək. Bizim vəlliyimizin Avropa vəkilliyinə girməyi kompüterə dəhşətli bir virusun soxulmagı kimi effekt verəcək. Heç illərlə də təmizləmək olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol