Menu

İraqda Türkiyə ordusunun əsgəri həlak olub - Daha bir neçə hərbçi yaralanıb

13.05.2022, 22:35
İraqda Türkiyə ordusunun əsgəri həlak olub - Daha bir neçə hərbçi yaralanıb

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər şəhid olub.

Partlayış nəticəsində 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol