Rusiya qoşunları Ukraynanın daha bir şəhərini ələ keçirib
Baxiş sayı:
Dərc olunub:
14/05/2022 - 08:28
Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib. Beloqorovkada itki verib, buna görə də bütöv bir batalyon artıq hücuma keçməkdən imtina edib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. İşğalçıların fəxr etdiyi yeganə şey budur – bağladığımız xəstəxananı açmaları", - o deyib.
Qayday bildirib ki, Donetsk vilayəti ilə sərhəddə güclü döyüşlər gedir, Rusiya hərbçiləri Popasna və Beloqorovka istiqamətindən magistral yolu bağlamağa çalışırlar.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.