"Putinin müharibə ilə bağlı əhvalı dəyişməyib" - Şolts

"Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı əhvalı dəyişməyib".

APA-nın xəbərinə görə, bunu Almaniya Kansleri Olaf Şolts Almaniya mətbuatına müsahibəsində deyib. O, bildirib ki, Rusiya Ukraynanın genişmiqyaslı işğalına başlamasından iki ay ötməsinə baxmayaraq, işğaldan əvvəl elan etdiyi hədəflərinin heç birinə nail ola bilməyib.

Şolts əlavə edib ki, ukrayanalılar bu müddətdə özlərini böyük məharətlə, fədakarlıqla və cəsarətlə müdafiə ediblər.

Almaniya kansleri NATO-nun alyansın şərq cəbhəsində geri çəkilmədiyini, əksinə öz qüvvələrini gücləndirdiyini qeyd edib. O vurğulayıb ki, Findlandiya və İsveç də qoşulduqları zaman NATO daha da güclənəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar