Füzulidə silahla ehtiyatsız davranma səbəbindən həlak olan polis zabitinin FOTOSU

Mayın 13-də Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı, 28 yaşlı İlkin Qasımovun fotosu yayılıb. Fotonu “Qafqazinfo" yayıb. 

Xatırldaq ki, Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımov xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə yarasından vəfat edib.

Qeyd edək ki, İ. Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İlkin Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar