Menu

"Avstriya NATO-ya üzv olmayacaq" - XİN başçısı

16.05.2022, 12:38
"Avstriya NATO-ya üzv olmayacaq" - XİN başçısı

Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü fonunda neytral qalacağını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.

“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”, - o qeyd edib.

Xatırladaq ki, Avstriya NATO-nun üzvü deyil. Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edəcəklərini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol